“Opalus Partners Group” şirkətinin təsisçisi Çimnaz Qasımova, neft, bank və konsaltinq sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərdə insan resurslarının idarə edilməsinin müxtəlif sahələri üzrə 20 illik təcrübəyə malik yüksək ixtisaslı peşəkardır. O, öz karyerasının son 5 ilində müxtəlif təlimlər hazırlamış və neft-qaz, maliyyə, konsaltinq və digər sahələrdə çalışan insan resursları departamentlərinin işçiləri üçün İR təlimləri, eləcə də universitet tələbələri, könüllülər üçün müxtəlif mövzularda seminarlar tədris edir.
Onun təlimlərini fərqləndirən iki əsas amil var: nəzəriyyədən çox praktikaya üstünlüyün verilməsi. Çimnaz xanım hesab edir ki, hər hansı biliyə və ya bacarığa yiyələnmək üçün maksimum praktika lazımdır və bu səbəbdən keçirdiyi təlimlərin çox hissəsi praktikaya həsr olunur. İkinci fərqləndirici amil isə tapşırıqların real keyslər (vəziyyətlər) əsasında qurulmasıdır. O, öz 20 illik peşəkar karyerası ərzində bir çox maraqlı keyslər və təcrübələrlə rastlaşmışdır ki, həmin təcrübələri hazırda öz təlimlərində istifadə edir.
İnsan resursları ilə bağlı təlimlər
“Soft Skills” təlimləri
Eyni zamanda müraciətdən asılı olaraq, müştərilərə aşağıdakı təlimlər də tədris edilə bilər: