Niyə biz – HR Consulting |
 
Bazar Ertəsi - Cümə9:00 - 18:00
Ofis ÜnvanıBakı, Cəfər Cabbarlı küçəsi 44,Caspian Plaza
Sosial səhifələrimiz

Niyə biz

"Opalus Partners" komandası zəngin təcrübədən istifadə edərək təşkilatlara şirkətdəki çatışmazlıqları aradan qaldırmaq üçün plan hazırlamağa, dəyişikliklər üçün strategiya qurmağa kömək edir.

Biznes perspektivimiz:

Biz öz müştərilərlə fəaliyyətimizin bütün mərhələlərində onlarda təşkilati məhsuldarlığı inkişaf etdirmək, personalın səmərəlilik əmsalını maksimallaşdırmaq və təcrübə vasitəsilə güclü iş icrasını yaratmaq niyyətindəyik. Bütün bunlara nail olunması sayəsində bizə müraciət edən şirkət optimal mənfəət əldə etmək imkanı qazanmaqla yanaşı, onun davamlı surətdə öz gəlirlərini artırmağa səbəb olacaqdır.

Missiyamız:

Müştərilərimizə qabaqcıl peşəkar xidmətlər təqdim etməklə, onların missiya və biznes ehtiyaclarını dəstəkləmək üçün yaradıcı həllər və keyfiyyətli proseslər vasitəsilə xidmət göstərmək.

https://opaluspartners.com/wp-content/uploads/2020/04/CT7A9384-Edit-1280x853.jpg

“Opalus Partners” komandası zəngin təcrübədən istifadə etməklə, təşkilatlara şirkətdaxili uyğunsuzluqları aradan qaldırmaq üçün taktiki fəaliyyət planı işləyib hazırlamağa, bazar tələblərinə cavab verə biləcək dəyişikliklərin tətbiqi üçün strategiya qurmağa kömək edir.  Eyni zamanda, qlobal təcrübəmizi müştərilərə aşılamaqla,  onlara insan resurslarının idarə edilməsinin funksiyaları arasında inteqrasiyanın tamlığının qorunması, işə qəbul meyarlarının düzgün ünvanlanması, əməkdaşların təlimləndirilməsi və inkişaf etdirilməsi, habelə onların xidməti fəaliyyətlərinin qiymətləndirilməsi və bunun əsasında karyeraların idarə olunması, motivasiyanın artırılması funksiyalarının tam tətbiqinə nail olunmasına zəmanət veririk.

Biz məsləhət üçün bizə müraciət edən təşkilatların iş prosesinə daxil olur, tətbiq olunan normativləri tədqiq edir və boşluqları müəyyənləşdiririk. Tərtib etdiyimiz hesabatlarda həmin boşluqların səbəbini təhlil edərək, bütün mümkün həll yolları təklif etməklə, müştərinin üzləşdiyi vəziyyətdən çıxış yolu rolunu oynayacaq münasib taktikanı tətbiq edirik.

Əsas vəzifəmiz idarəetmə sahəsində bizə verilən səlahiyyət çərçivəsində yardım göstərmək və təhkim edildiyimiz şirkət və ya təşkilatın məmnuniyyətini təmin etməkdir. Müştərinin fəaliyyətində rentabelliyin əldə edilməsi, az səylər hesabına daha çox uğurlara imza atması, bazarda itirilmiş mövqelərin bərpası, onun konkret olaraq daxili bazarda möhkəmlənməsi, onun nüfuzunun genişlənməsinin təmin edilməsi məqsədilə “Opalus Partners” komandası öz işini bir neçə mərhələdə tətbiq edir:

  • Yaranmış vəziyyətin konstruktiv təhlili;
  • Normativ və praktiki maneələrin aradan qaldırılmasında tövsiyələrin verilməsi;
  • Şirkətin xilası üçün struktur dəyişikliklərin təklif edilməsi;
  • Nizamnamə kapitalına yenidən baxılması və optimal həllərin təklif edilməsi;
  • İstehsal fəaliyyəti və strateji məsələlərin həlli.
  • Şirkətin gələcək maneələrdən sığortalanması məqsədilə profilaktik tədbirlərin tətbiqi

“Opalus Partners” dünyanın ən uğurlu korporasiyalarının tətbiq etdiyi rəqəmsal texnologiya olan “Digital Solution” texnologiyası ilə işləyir. Hər gün dəyişən və modifikasiya edilən müasir bazar zaman-zaman yeni texnologiyalar, istehsal, elm və texnoloji innovativ yeniliklərlə daha da zənginləşir. Rəqəmsal həllərin formalaşması və təkmilləşdirilməsi əməyin rasional qaydada idarə edilməsi və İnsan Resurslarını bazarın normativ tələbləri əsasında tənzimlənməsində mütərəqqi dəyişikliklərə səbəb olmaqla yanaşı, iş potensialını artırdı, əmək fəaliyyətinin səmərəliliyini maksimuma çatdırmaq üçün yeni yanaşmaların yaranmasına təkan vermiş oldu.

Hazırda HR texnologiyalar mövcud təcrübələri avtomatlaşdırmaqdan daha çox fayda verməyə malikdirlər. “Opalus Partners” də məhz bu texnologiyalardan istifadə etməklə, İnsan Resursları proseslərini daha da sadələşdirməkdədir.