“Opalus Partners Group” şirkəti 2019-cu ildə yaradılmışdır. Şirkətin fəaliyyətinin məqsədi sizi İnsan Resursları barədə ən zəruri məsləhətlər və həllərlə formalaşdırmaq və arzu etdiyiniz vəzifənin əldə edilməsi üçün sizi ən qabaqcıl təcrübələrlə və yanaşmalarla təmin etməkdən ibarətdir. Bu isə öz növbəsində sizə daha mükəmməl işgüzar qərarlar verməyə və sizə şöhrət gətirəcək daha təkmil biznes fəaliyyətinə başlamağa imkanlar qazandıracaqdır.
Beynəlxalq korporasiyalarda qazandığımız qabaqcıl təcrübələr, habelə beynəlxalq alımdə geniş nüfuza malik tərəfdaşlarımzla zaman-zaman həyata keçirdiyimiz qlobal layihələr sayəsində biz biznes-yönümlü, praktiki və müasir tələblərə cavab verə biləcək konsultativ yanaşma tərzlərini hərtərəfli mənimsəmişik ki, bu da bizə İnsan Resurslarının idarə edilməsi prosesindəki əsas boşluqları müəyyən etməyə və nikbin strategiyalar işləyib hazırlamağa imkan verir. Bu isə biznes və İnsan Resurslarına dair tələblər arasında tarazlığın təmin edilməsi, biznes liderləri və onların komandalarına daha uğurlu və effektiv fəaliyyət üçün dəstək və kouçinq (təlim) xidmətinin göstərilməsi deməkdir.
“Opalus Partners” dünyanın ən uğurlu korporasiyalarının tətbiq etdiyi rəqəmsal texnologiya olan “Digital Solution” texnologiyası ilə işləyir. Hər gün dəyişən və modifikasiya edilən müasir bazar zaman-zaman yeni texnologiyalar, istehsal, elm və texnoloji innovativ yeniliklərlə daha da zənginləşir. Rəqəmsal həllərin formalaşması və təkmilləşdirilməsi əməyin rasional qaydada idarə edilməsi və İnsan Resurslarını bazarın normativ tələbləri əsasında tənzimlənməsində mütərəqqi dəyişikliklərə səbəb olmaqla yanaşı, iş potensialını artırdı, əmək fəaliyyətinin səmərəliliyini maksimuma çatdırmaq üçün yeni yanaşmaların yaranmasına təkan vermiş oldu.
Hazırda HR texnologiyaları mövcud təcrübələri avtomatlaşdırmaqdan daha çox fayda verməyə malikdirlər. “Opalus Partners” də məhz bu texnologiyalardan istifadə etməklə, İnsan Resursları proseslərini daha da sadələşdirməkdədir.
Biz öz müştərilərlə fəaliyyətimizin bütün mərhələlərində onlarda təşkilati məhsuldarlığı inkişaf etdirmək, personalın səmərəlilik əmsalını maksimallaşdırmaq və təcrübə vasitəsilə güclü iş icrasını yaratmaq niyyətindəyik. Bütün bunlara nail olunması sayəsində bizə müraciət edən şirkət optimal mənfəət əldə etmək imkanı qazanmaqla yanaşı, onun davamlı surətdə öz gəlirlərini artırmağa səbəb olacaqdır.
Müştərilərimizə qabaqcıl peşəkar xidmətlər təqdim etməklə, onların missiya və biznes ehtiyaclarını dəstəkləmək üçün yaradıcı həllər və keyfiyyətli proseslər vasitəsilə xidmət göstərmək.