HR Meetup – HR Consulting |
 
Bazar Ertəsi - Cümə9:00 - 18:00
Ofis ÜnvanıBakı, Cəfər Cabbarlı küçəsi 44,Caspian Plaza
Sosial səhifələrimiz

HR Meetup

"HR Meetup" görüşləri "Opalus Partners Group" şirkətinin bir təşəbbüsüdür.

“HR Meetup”, HR nəzəriyyəsinin gerçək dünya ilə görüşdüyü bir platformanın yaradılması yolu ilə İR anlayışları və boşluqları ilə bağlı yeni perspektivlər təqdim etmək üçündür. Bu görüşlərin əsas məqsədi HR sahəsində bilik mübadiləsini təmin etmək, korporativ qarşılıqlı əlaqəni artırmaq və insan idarəçiliyinin bütün sahələrinə dair aktual mövzularda beyin fırtınası yaratmağa yardim etməkdir.

Tətbiq edildiyi zamandan “HR Meetup” tədbiri artıq xeyli uğurlara imza atıb. Bu tədbir müxtəlif formatlarda keçirilir və müxtəlif mövzulara həsr olunur. Misal üçün, bu yaxınlarda bizim tədbirlərə qatılan tibb sektorunun İR menecerləri arasında aparılan konstruktiv müzakirələr mövcud boşluqları gündəmə gətirməklə, onların hərtərəfli tədqiq və təhlil edilməsinə şərait yaratdı ki, onlar həmin boşluqlara səbəb olan amilləri nəzərdən keçirməklə, kollektiv şəkildə mümkün həll yollarının axtarıb tapılmasına nail oldular. Digər analoji görüş isə “CEOlarla söhbət” formatında keçirildi və burada şirkət rəhbərləri İR sahəsinə dair gözləntilərini payladırlar.

Tədbir ayda bir dəfə keçirilir və iştirakçılar və spikerlər tərəfindən çox böyük maraqla qarşılanır.

  • HR Meetup – 30 aprel 2021-ci il
  • HR Meetup – 14 fevral 2020-ci il
  • HR Meetup – 13 mart 2020-ci il
  • HR Meetup – 17 dekabr 2019-cu il