“Opalus Partners Group” şirkəti tərəfindən 15, 16, 17 may 2020-ci il tarixlərində “İstedadların idarə edilməsi” vebinar-təlim keçiriləcək .
Təlimçi Çimnaz Qasımova, neft, bank və konsaltinq sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərdə insan resurslarının idarə edilməsinin müxtəlif sahələri üzrə 20 illik təcrübəyə malik yüksək ixtisaslı peşəkardır. Bu illər ərzində o, Qazaxıstan və Sinqapura uzunmüddətli ezamiyyətlərə göndərilmişdir.
Müxtəlif konfrans və seminarlarda spiker kimi çıxış edir, həmçinin artıq bir ildən çoxdur ki, mütamadi olaraq keçirilən, aparıcı təşkilatların İR direktorlarını bir araya toplayıb, bilik və təcrübə mübadiləsi aparılan “HR Meetup” görüşlərinin təsisçisidir.
İR Funksiyası Startapı; İR Strategiyası; Insan potensialının idarə edilməsi; Əmək məhsuldarlığının idarə edilməsi; Mükafatlandırmaların idarə edilməsi; İR layihələrinin idarə edilməsi; Biznes proseslərin idarə edilməsi; Xidmət keyfiyyətinin monitorinqi; Əmək haqqının hesablanması; Lean Six Sigma metodu; SAP üzrə bacarıqları var.
Bank və neft-qaz sahələrində fəaliyyət göstərən təşkilatlar üçün qreydinq ödəniş strukturlarının və həvəsləndirmə sxemlərinin hazırlanması, fəaliyyətin qiymətləndirilməsi və dəyişən ödəniş sistemlərinin yaradılması, əmək haqqı və mükafata dair sorğular və müqayisəli təhlil üzrə mütəxəssisdir.
Bu təlim, təşkilatın insan resurslarının idarə edilməsi prosesini hərtərəfli dərk etməyə imkan verəcək. Hər sessiya 3 saat olmaqla üç təlim sessiyası çərçivəsində təşkilatın işçi potensialı, işçi təmin edilməsi, işəgötürənin brendi və onun idarə edilməsi, bacarıqların idarə edilməsi, ardıcıllığın idarə edilməsi və s. mövzulara toxunulacaq.
Təlimin sonunda nələr öyrənəcəksiniz:
– Təşkilatın işçi potensialının əsas xüsusiyyətləri və onun idarə edilməsində müasir yanaşmalar
– İşçilərin cəlb edilməsi və saxlanılması strategiyaları
– Bacarıqların tərtib edilməsi, qiymətləndirilməsi və inkişafı üsullarının mənimsənilməsi
Təlim ödənişlidir. İştirak etmək istəyən şəxslər bu linkdən https://azizanadirzade.typeform.com/to/VdUl9w keçib qeydiyyat formasını doldura bilərlər. Qeyd edək ki, təlim ClickMeeting platformasında keçiriləcək. İştirakınız təsdiqləndikdən sonra, təlimin keçiriləcəyi link sizə göndəriləcək.

